...

Hindistanda koronavirus qurbanlarının sayı 100-ü keçib

Dünya xəbərləri Materials 6 Aprel 2020 09:07 (UTC +04:00)
Hindistanda koronavirus qurbanlarının sayı 100-ü keçib

Bakı. Trend:

Hindistanda koronavirus xəstələrinin sayı 4067 nəfərə yüksəlib, 109 adam ölüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə və ailə rifah nazirliyi xəbər yayıb.

Hindistan Səhiyyə Nazirliyi, martın 5-i axşam 3577 yoluxma hallarının olduğunu bildirib. Ümumilikdə ölkədə 3666 nəfər müalicə alır, 291 nəfər sağalıb, 109 nəfər ölüb.

Yoluxanların ən çox sayı Madhya Pradeş əyalətindədir, burada 690 nəfər xəstələnib.

Ardınca Tamilnand - 571 hal, daha sonra 503 xəstənin olduğu paytaxt Delhi gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti