Bakı. Trend:
Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 411 nəfər koronavirusa yoluxub, 73 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 93 558 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 867 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 8 456 nəfər sağalıb, 84 235 nəfərin müalicəsi isə davam edir.