...

Böyük Britaniya sahillərində 49 miqrant saxlanılıb

Dünya xəbərləri Materials 4 May 2020 02:29 (UTC +04:00)
Böyük Britaniya sahillərində 49 miqrant saxlanılıb

Bakı. Trend:

Böyük Britaniyanın cənub sahilində 49 miqrant saxlanılıb.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Krallığın Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, miqrantlar mayın 3-ü səhər saatlarında Kent qraflığı istiqamətində hərəkət edərkən aşkarlanıblar. Onlardan 40-dan artığı kişi, 6-sı isə qadın olub.

Miqrantların hansı ölkədən gəldikləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti