...

Peruda fövqəladə vəziyyət rejimi uzadılıb

Dünya xəbərləri Materials 9 May 2020 04:05 (UTC +04:00)
Peru prezidenti Martin Viskarra yeni növ koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin uzadılacağını elan edib
Peruda fövqəladə vəziyyət rejimi uzadılıb

Bakı. Trend:

Peru prezidenti Martin Viskarra yeni növ koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejiminin uzadılacağını elan edib.

Trend-in məlumatına görə, bu barədə M.Viskarra dövlət başçısının administrasiyası rəhbərinin Facebook hesabında yayımlanan çıxışı zamanı deyib.

Peru prezindeti bildirib ki, birincisi, fövqəladə vəziyyət rejimini 24 May tarixinə qədər, daha iki həftə uzatmaq lazımdır.

Eyni zamanda, siyasətçinin fikrincə, əvvəlki 54 günlük karantin nəticəsində infeksiyanın yayılmasında üç qat azalma əldə edilib.

Qeyd edək ki, ümumilikdə, Peruda 61 847 yoluxma faktı və yeni növ koronavirusun səbəb olduğu xəstəlikdən 1 714 ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti