...

Putin Rusiya müsəlmanlarını Ramazan bayramını evlərində qeyd etməyə çağırıb

Dünya xəbərləri Materials 18 May 2020 16:30 (UTC +04:00)
Putin Rusiya müsəlmanlarını Ramazan bayramını evlərində qeyd etməyə çağırıb

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan müsəlmanlara Ramazan bayramını evlərində qeyd etmələri ilə bağlı müraciət edib.

Trend-in məlumatına görə, V.Putin bu çağırışı Dağıstanın ictimaiyyət nümayəndələri ilə videokonfrans zamanı deyib.

O, Rusiya müsəlmanlarını din xadimlərinin sözünə qulaq asmağa çağırıb:

“Mən bilirəm ki, din xadimləri müsəlmanları indiki vaxtda bayramı evdə qeyd etməyə, kütləvi ayinlərdə iştirak etməməyə və böyük qruplarda toplaşmamağa çağırır. Ümid edirəm ki, bu çağırışa əməl olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti