Bakı. Trend:
Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası spirtli içki satışına icazə yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.
Trend-in məlumatına görə, bunu Federasiya Şurasının Sosial komitəsi sədrinin birinci müavini Valeri Ryazanski deyib.
O bildirib ki, hazırda bununla bağlı Nazirlər Kabinetinə təklif və tövsiyələr edilib.
Yaxın zamanlarda deputatlar qərar layihəsinə olunacaq dəyişikliklərə bağlı müzakirələr aparacaq.