...

Yaponiyada koronavirus vaksininin kliniki sınaqları başlayır

Dünya xəbərləri Materials 17 İyun 2020 20:11 (UTC +04:00)
Yaponiyada koronavirus vaksininin kliniki sınaqları başlayır

Bakı. Trend:

Yaponiyanın tibb şirkətlərindən biri tərəfindən hazırlanmış koronavirusa qarşı vaksinin insanlar üzərində kliniki sınaqları iyunun 30-da başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Osaka prefekturasının qubernatoru Hirofumi Yosimura deyib.

O bildirib ki, vaksin Osakada yaradılıb və hazırlanması tam başa çatdırılıb.

Qubernatorun sözlərinə görə bu, koronavirus vaksininin insan üzərində keçiriləcək ilk sınaqları olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti