...

Türkiyədə qoruyucu maskalar məcburiləşdirilə bilər

Dünya xəbərləri Materials 18 İyun 2020 12:58 (UTC +04:00)
Türkiyədə qoruyucu maskalar məcburiləşdirilə bilər

Bak. Rufiz Hafizoğlu -Trend:

Ankara, İstanbul və Bursa vilayətində koronavirusuun yayılmasında kəskin artım müşahidə edildiyi üçün, qoruyucu maskalardan istifadə məcburiləşdirilə bilər.

Trend-in məlumatına görə, bu məsələ artıq Səhiyyə Nazirliyinin gündəliyindədir və yaxın vaxtlarda qərar veriləcək.

Qeyd edək ki, Türkiyədə artıq koronavirus pandemiyasının ikinci dalğasının başladığı elan edilib.

Son məlumata görə, Türkiyədə koronavirus yoluxanların sayı 181 298 nəfər, sağalanların sayı isə 153 379 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti