...

Yaponiyada güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 İyun 2020 03:15 (UTC +04:00)
Yaponiyada güclü zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın şərqində 6,2 bal gücündə zəlzələ baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Tiba prefekturasının sahillərində, ocağı isə okean qatı altında 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bildirilir ki, yeraltı təkanlar Kanto regionunun bir sıra prefekturasında, o cümlədən Tokioda da hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti