...

ABŞ-ın İllinoys ştatında atışmada 12 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 19 İyul 2020 19:51 (UTC +04:00)
ABŞ-ın İllinoys ştatında atışmada 12 nəfər xəsarət alıb

Bakı. Trend:

ABŞ-ın İllinoys ştatındakı Peoriya şəhərində naməlum şəxs sahildə toplanan sakinlərə atəş açıb.

Trend-in məlumatına görə, bu barədə yerli polis xəbər yayıb.

Bildirilir ki, ən az 12 nəfər xəsarət alıb. Yaralananlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda istintaq gedir. Atəş açan şəxs və səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti