...

NASA Marsa növbəti missiyasını yola saldı

Dünya xəbərləri Materials 30 İyul 2020 17:04 (UTC +04:00)
NASA Marsa növbəti missiyasını yola saldı

Bakı. Trend:

ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) Marsa növbəti dəfə missiya göndərib.

Trend-in məlumatına “Perseverance” (İnadkarlıq) adı verilən aparat Florida ştatında Kanaveral kosmodromundan buraxılıb.

Aparat təxminən yeddi aylıq uçuşdan sonra, 2021-ci ilin fevralında Qırmızı planetə çatacaq.

“Perseverance” Marsın süxurlarını tədqiq etməklə, orada əvvəllər həyat əlamətlərinin olub-olmamasına cavab tapmağa çalışacaq.

Qeyd edək ki, bu, son iki həftə ərzində Marsa yola salınan üçüncü missiyadır. Bir müddət Birləşmiş Ərəb Əmirlikləri tarixdə ilk kosmik aparatını Marsın orbitinə yollayıb. Daha sonra Çin Marsın səthinə eniş edəcək aparat yola salıb.

Hazırda isə Marsda NASA-nın "Curiosity" və "InSight" aparatları tədqiqatlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti