Bakı. Trend:
Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində 79,7 faiz səslə qalib gəlib.
Trend-in məlumatına görə, bu barədə "Mir" telekanalının sifarişi ilə keçirilən "Exit poll"un nəticələrində bildirilir.
Nəticələrə əsasən, A.Lukaşenko 79,7 faiz səs toplayıb, Svetlana Tixanovskaya 6,8 faiz, Anna Kanopatskaya 2,3 faiz, Andrey Dmitriyev 1,1 faiz, Sergey Çereçen isə 0,9 faiz. Bütün namizədlərə qarşı isə 9,2 faiz seçici səs verib.