...

BMT-nin baş katibi Malinin prezidenti və hökumət üzvlərinin dərhal sərbəst buraxılmasına çağırdı

Dünya xəbərləri Materials 19 Avqust 2020 01:53 (UTC +04:00)
BMT-nin baş katibi Malinin prezidenti və hökumət üzvlərinin dərhal sərbəst buraxılmasına çağırdı

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş Malidəki hərbi qüvvələri ölkə prezidenti İbrahim B ubakar Keytanıni dərhal azad etməyə çağırdı.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə baş katibin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Quterreş Malidəki hərbi üsyançıların hərəkətlərindən son dərəcə narahatdır. "Baş katib bu cür hərəkətləri qəti şəkildə pisləyir və Malidə konstitusiya quruluşunun dərhal bərpasına çağırır. Bunun üçün o, prezident Keytanın və hökumət üzvlərinin heç bir şərt olmadan dərhal azad edilməsini tələb edir", - bəyanatda bildirilir.

A.Quterreş həmçinin hərbçiləri də "təmkin göstərməyə və insan hüquqlarına hörmət etməyə" çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti