Bakı. Trend:
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 49 298 nəfər yoluxub.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 456 652 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 111 100 nəfəri ölüb, 2 615 254 nəfəri isə sağalıb.