...

Gürcüstanda kütləvi tədbirlərin keçirilməsinə nəzarət gücləndirilir, cərimələr artırılır

Dünya xəbərləri Materials 9 Sentyabr 2020 13:01 (UTC +04:00)
Gürcüstanda kütləvi tədbirlərin keçirilməsinə nəzarət gücləndirilir, cərimələr artırılır

Bakı. Trend:

Gürcüstanda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar bir sıra nəzarət tədbirləri gücləndirilib.

Trend-in məlumatına görə, ölkə ərazisində qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağanın tətbiqinə nəzarət üçün polis əməkdaşları cəlb olunacaq.

Qeyd olunur ki, bu qaydaların pozulmasına görə, fiziki şəxslər 650 dollar, hüquqi şəxslər 3,2 min dollar cərimələnəcək. Açıq məkanlarda isə masa arxasında ən çox 12 nəfərin oturmasına icazə verilir.

Son iki gün ərzində Gürcüstanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb. Ötən gün 45, bu gün isə 44 nəfər virusa yoluxub.

Bu günədək yoluxanların sayı 1 773 nəfərə çatıb, 19 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti