...

Türkiyədə koronavirusdan ölənlərin sayı 7 minə yaxınlaşır

Dünya xəbərləri Materials 11 Sentyabr 2020 20:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son sutka ərzində koronavirusdan daha 56 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, son 24 saatda 112 213 şübhəli koronavirus testindən keçib, onlardan 1 671-nin cavabı pozitiv çıxıb. Ağır xəstə sayı 1 223 nəfərdir, 1 117 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 288 126 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 256 524 nəfər sağalıb, 6 951 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti