...

Rusiyada bir gündə 15 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2020 12:21 (UTC +04:00)
Rusiyada bir gündə 15 mindən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,36 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 15 150 nəfər virusa yoluxub, 232 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 369 313 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 23 723 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 056 582 nəfər virusdan sağalıb, 289 008 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti