Bakı. Trend:
ABŞ-ın Alabama ştatında ölkənin hərbi dəniz qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə bir ev yanıb.
Bolduin dairəsinin şerif idarəsindən bildirilib ki, mülki şəxslər zərər görməyib. Federal Aviasiya İdarəsi hadisə barədə açıqlama verməyib.
Müdafiə və donanma səlahiyyətliləri tərəfindən araşdırma aparılacaq.