Bakı. Trend:
Gürcüstanın baş naziri Giorgi Qaxariya koronavirusla əlaqədar özünü təcrid edib.
Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, baş nazir bu barədə qərarı onun əməkdaşının koronavirusa yoluxmasından sonra qəbul edib.
G.Qaxariya özünün "Facebook" səhifəsində bildirib: "Bir gün əvvəl uzun müddət təmasda olduğum əməkdaşımda koronavirusun təsdiqlənməsi ilə əlaqədar, təəssüf ki, artıq xüsusi rejimdə çalışmalıyam. Müvafiq olaraq özümü təcrid etdim və bu rejimdə işimi davam etdirəcəyəm".