...

Rusiya aviaşirkəti İrana uçuşları bərpa edib

Dünya xəbərləri Materials 18 Noyabr 2020 11:48 (UTC +04:00)
Rusiya aviaşirkəti İrana uçuşları bərpa edib

Bakı. Trend:

Rusiyanın “Aeroflot” aviaşirkəti noyabrın 18-dən etibarən İranın paytaxtı Tehrana uçuşları bərpa edir.

Trend-in məlumatına görə, bu barədə şirkətin elanında deyilir.

Uçuşlar Moskvadan Tehrana və əks istiqamətdə həftədə iki dəfə həyata keçiriləcək.

Sərnişinlər uçuşa 96 saat qalmışadək COVID-19 testindən keçməlidir.

Uçuşların dayandırılmasına koronavirus pandemiyası səbəb olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti