...

Meksikada silahlı hücum nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb

Dünya xəbərləri Materials 30 Noyabr 2020 01:21 (UTC +04:00)
Meksikada silahlı hücum nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb

Bakı. Trend:

Naməlum silahlılar Meksikanın Uruapan şəhərində (Miçoakan ştatı) yerləşən barı atəşə tutublar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə regionun ictimai təhlükəsizlik idarəsinin "Twitter" hesabında deyilir.

Məlumata əsasən, silahlı hücum nəticəsində 2 nəfər həlak olub, 16 nəfər isə yaralanıb:

"Miçoakan polisi hakimiyyət nümayəndələri ilə birlikdə Uruapanın Ramon-Farias rayonunda iki nəfərin öldüyü və 16 nəfərin yaralandığı insidentdən sonra təhlükəsizlik tədbirlərini artırıb"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti