...

İran və Pakistan arasında ikinci sərhəd gömrüyü fəaliyyətə başlayıb

Dünya xəbərləri Materials 19 Dekabr 2020 14:37 (UTC +04:00)
İran və Pakistan arasında ikinci sərhəd gömrüyü fəaliyyətə başlayıb

Bakı. Elnur Bağışov – Trend:

İranla Pakistan arasında ticarəti inkişaf etdirmək məqsədilə 2-ci sərhəd gömrüyü fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Onun sözlərinə görə, bu gömrük sərhədi İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində Pakistanla sərhəddə Rimdan sərhəd gömrüyüdür.

Lətifi əlavə edib ki, bundan əvvəl İranın Pakistanla sərhədində sadəcə Mircavə sərhəd gömrüyü fəaliyyət göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti