Bakı. Trend:
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 754 yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 149 462 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 135 063 nəfəri sağalıb, 2 196 nəfəri isə vəfat edib.