...

Dünyada 600-dən çox jurnalist koronavirusun qurbanı olub

Dünya xəbərləri Materials 5 Yanvar 2021 17:08 (UTC +04:00)
Dünyada 600-dən çox jurnalist koronavirusun qurbanı olub

Bakı. Orxan Nəbiyev - Trend:

Koronavirus pandemiyası başlayandan bu günədək 59 ölkədə 600-dən çox jurnalist xəstəliyin qurbanı olub.

Trend-in məlumatına görə, bu barədə "Press Emblem Campaign" təşkilatı bildirib.

Təşkilatın hesabatına əsasən, həyatını itirən 602 jurnalistdən 303 nəfəri Latın Amerikası ölkələrində, 145-i Asiyada, 94-ü Avropada, 32 nəfəri Şimali Amerikada, 28 nəfəri isə Afrikada həyatını itirib.

Ölkələr arasında Peru jurnalistlərin koronavirusdan ölümünə görə liderlik edir. Burada ötən ilin mart ayından etibarən 93 jurnalist koronavirusdan ölüb. Braziliyada 55, Hindistanda isə 53 ölüm qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti