...

Rusiyada iki alpinist itkin düşüb

Dünya xəbərləri Materials 23 Aprel 2021 18:05 (UTC +04:00)
Rusiyada iki alpinist itkin düşüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada Elbrus dağlarında iki alpinist itkin düşüb.

Trend-in məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Qafqaz regional bölməsi alpinistlərin axtarışlarını aparır.

Axtarışların iki istiqamət üzrə aparıldığı deyilir.

Qeyd olunur ki, itən alpinistlərlə sonuncu dəfə aprelin 17-də əlaqə saxlanılıb. Onlar növbəti dəfə aprelin 21-də əlaqəyə keçməli idilər.

Alpinistlərin Elbrusun zirvəsindən 200 metr aşağıda olduğu ehtimal edilir.

Qeyd edək ki, Elbrus zirvəsinin hündürlüyü 5 642 metr təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti