...

Braziliyanın milli agentliyi "Sputnik V" peyvəndinin idxalına icazə verməyib

Dünya xəbərləri Materials 27 Aprel 2021 06:53 (UTC +04:00)
Braziliyanın milli agentliyi "Sputnik V" peyvəndinin idxalına icazə verməyib

Bakı. Trend:

Braziliyanın Milli Sanitariya Nəzarəti Agentliyi Rusiyanın koronavirusa qarşı istehsal etdiyi "Sputnik V" peyvəndinin ölkəyə idxalına və istifadəsinə icazə verməyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, müvafiq qərarı iclas zamanı Agentliyin idarə heyətinin bütün üzvləri təsdiq edib.

Agentliyin rəhbəri Antoniu Barra Torres bildirib ki, qərar hazırkı vəziyyətə və tədqiqatlara uyğun olaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti