...

Burkina Fasoda kəndə silahlıların hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb

Dünya xəbərləri Materials 6 İyun 2021 21:26 (UTC +04:00)
Burkina Fasoda kəndə silahlıların hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb

Bakı. Trend:

Burkina Fasonun Solxan kəndinə iyunun 5-nə keçən gecə silahlıların hücumu nəticəsində ölən mülki vətəndaşların sayı 160-a yüksəlib.

Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) agentliyi bildirib.

Məlumata əsasən, ölənlər arasında 20-yə yaxın azyaşlı olub.

Ölkə hökuməti faciə ilə əlaqədar üç günlük milli matəm elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti