...

Myanmadakı vəziyyət vətəndaş müharibəsinə keçmək təhlükəsi yaradır - BMT-nin xüsusi elçisi

Dünya xəbərləri Materials 19 İyun 2021 05:54 (UTC +04:00)
Myanmadakı vəziyyət vətəndaş müharibəsinə keçmək təhlükəsi yaradır - BMT-nin xüsusi elçisi

Bakı. Trend:

Myanma ölkə daxilindəki hərbçilər, müxalifət və etnik qruplar arasında artan qarşıdurma nəticəsində geniş miqyaslı vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib.

Trend-in məlumatına görə, bu barədə BMT Baş Katibinin Myanma üzrə xüsusi elçisi Kristin Şraner Burqener bildirib.

O qeyd edib ki, qarşıdurmalar ölkənin bölgələrini, hətta mərkəzi hissəsini və 2015-ci ildə atəşkəsin şamil olduğu əraziləri əhatə edir: "Böyük miqyaslı vətəndaş müharibəsi riski realdır".

BMT emissarı Çin, Hindistan və Taylandla həmsərhəd bölgələrdə toqquşmalar baş verdiyi üçün qarşıdurmanın artıq beynəlxalq miqyas aldığını əlavə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti