...

İranda 27 min nəfər koronavirusa yoluxub, 213 nəfər ölüb

Dünya xəbərləri Materials 21 İyul 2021 14:30 (UTC +04:00)
İranda 27 min nəfər koronavirusa yoluxub, 213 nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 213 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 87 837 nəfərə yüksəlib.

Ölkədə ötən 24 saat ərzində 27 379 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 603 527 nəfərə çatıb. Virus daşıyıcılarından 4 518 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 3 185 946 nəfər koronavirusdan sağalıb, 25,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti