...

Türkiyədə daşqın ciddi fəsadlar törədib - Kəndlər boşaldılıb (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 22 İyul 2021 13:16 (UTC +04:00)
Türkiyədə daşqın ciddi fəsadlar törədib - Kəndlər boşaldılıb (FOTO/VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin şimal-şərqindəki Rizə vilayətində leysan yağışlar daşqın və sürüşmələrə səbəb olub.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində bölgədə 2 kənd təxliyə olunub, yollar bağlanıb.

Rizə valisi Kamal Çeberin sözlərinə görə, 9 nəfər xilas edilib. Gün ərzində yağıntıların davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ötən həftdə Rizədə daşqınlar nəticəsində 6 nəfər həlak olmuşdu.

Bundan başqa, daşqınlar Artvin vilayətində fəsadlar törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti