...

Əfqanıstanda minaatan mərminin partlaması nəticəsində 7 nəfər ölüb

Dünya xəbərləri Materials 1 Avqust 2021 15:21 (UTC +04:00)
Əfqanıstanda minaatan mərminin partlaması nəticəsində 7 nəfər ölüb

Bakı. Trend:

Əfqanıstanın Qəndəhar şəhərində minaatan mərminin avtomobilə atılması nəticəsində ən azı 7 mülki şəxs həlak olub.

Trend-in məlumatına görə, bu barədə Ariana News televiziya kanalı bildirib.

Məlumata əsasən, ölənlər arasında qadınlar və uşaqlar da olub. Ətraflı məlumat verilməyib.

Qeyd olunub ki, Əfqanıstanın hüquq-mühafizə orqanları hücumun təşkil edilməsində məsuliyyəti "Taliban" üzvlərinin üzərinə qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti