...

İranda 5 ticarət gəmisi yanıb

Dünya xəbərləri Materials 5 Avqust 2021 10:24 (UTC +04:00)
İranda 5 ticarət gəmisi yanıb

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.

Trend-in məlumatına görə, bunu İranın Genave rayonu qubernatoru Qulamrza Mehrcu deyib.

Q.Mehrcunun sözlərinə görə, hadisə nəticəsində 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.

Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu limanda mindən çox yük gəmisi yan alır.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti