...

Malidə BMT-nin sülhməramlısı həlak olub

Dünya xəbərləri Materials 3 Oktyabr 2021 00:51 (UTC +04:00)
Malidə BMT-nin sülhməramlısı həlak olub

Bakı. Trend:

Malidə əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində BMT-nin 1 sülhməramlısı həlak olub, 3-ü isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə BMT baş katibinin Malidəki xüsusi nümayəndəsi Əl-Qassim Vane özünün "Twitter" səhifəsində yazıb.

Nümayəndə əlavə edib ki, insident Malinin şimal-şərqindəki Tesalit şəhərində baş verib.

Həlak olan sülhməramlının kimliyi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti