...

Türkiyə kəşfiyyatı İraqda 5 PKK terrorçusunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 21 Oktyabr 2021 23:37 (UTC +04:00)
Türkiyə kəşfiyyatı İraqda 5 PKK terrorçusunu zərərsizləşdirib

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalındakı Metina rayonunda PKK terrorçularına qarşı iki əməliyyat keçirib.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbələr bildirib.

Məlumata əsasən, oktyabrın 7-si və 11-i keçirilən əməliyyatlar zamanı 5 PKK terrorçusu zərərsizləşdirilib.

Qeyd edilir ki, Türkiyə xüsusi xidmətləri İraqında şimalında terrorçularına qarşı əməliyyatları davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti