Bakı. Trend:
Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 46 807 yoluxma halı qeydə alınıb.
Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 9 721 916 nəfərə çatıb.
Bildirilir ki, ötən sutkada koronavirusdan 199 nəfər, hazırkı dövrədək isə 143 559 nəfər vəfat edib.