...

İngiltərə Premyer Liqası: "Tottenhem" - "Liverpul" matçı heç-heçə ilə bitib

Dünya xəbərləri Materials 20 Dekabr 2021 01:51 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Tottenhem" - "Liverpul" matçı heç-heçə ilə bitib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində "Tottenhem" "Liverpul"u qəbul edib.

Trend-in məlumatına görə, oyun 2:2 hesablı heç-heçə ilə bitib.

"Tottenhem"in heyətində qolları Harri Keyn (13-cü dəqiqə) və Son Hın Min (74), qonaqların heyətində isə Dioqu Jota (35) və Endryu Robertson (70) vurublar.

18 oyun keçirən "Liverpul" 41 xalla turnir cədvəlində ikinci, 15 oyun keçirən "Tottenhem" isə 26 xalla yeddinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti