...

"Apple" şirkəti kapitallaşması 3 trilyon dolları keçən ilk şirkət oldu

Dünya xəbərləri Materials 4 Yanvar 2022 02:37 (UTC +04:00)
"Apple" şirkəti kapitallaşması 3 trilyon dolları keçən ilk şirkət oldu

Bakı. Trend:

ABŞ-ın "Apple" şirkəti tarixdə kapitallaşması 3 trilyon dolları keçən ilk şirkət olub.

Trend-in məlumatına görə, bu barədə Nyu-York fond birjası xəbər verib.

Bazar ertəsi ticarətində şirkətin səhmlərinin dəyəri saat 13:30-dan sonra (22:30 GMT+4) təxminən 3 faiz artaraq 182,85 dolları keçdi. Bunun nəticəsində şirkətin kapitallaşması 3 trilyon dolları ötüb.

Lakin sonradan səhm qiyməti bir qədər azalıb - 182,52-yə qədər, nəticədə kapitallaşma 3 trilyon dollardan aşağı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti