...

İtaliyada sutkalıq koronavirusa yoluxma hallarının sayı təxminən 2,5 dəfə artıb

Dünya xəbərləri 26 Yanvar 2022 05:05 (UTC +04:00)
İtaliyada sutkalıq koronavirusa yoluxma hallarının sayı təxminən 2,5 dəfə artıb

Bakı. Trend:

İtaliyada ötən sutka ərzində koronavirusa 186 mindən çox yoluxma halı qeydə alınıb, bu isə bir gün öncə ilə müqayisədə təxminən 2,5 dəfə daha çoxdur.

Trend-in Qərb KİV-lərinə istinadən verdiyi məlumata görə, son sutka ərzində koronavirusa 186 740 nəfər yoluxub, öncəki gün bu göstərici 77,7 min nəfərə bərabər idi. Son 24 saat ərzində 1,4 milyona yaxın test aparılıb.

Həmçinin son sutka ərzində koronavirusdan 486 ölüm halı qeydə alınıb.

Hazırda xəstəxanalarda 20 minə yaxın pasiyentin müalicəsi dava medir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti