...

Moskva polisi Rusiya Erməniləri İttifaqının binasına daxil olub - faşist Njde haqqında filmin nümayişi dayandırılıb

Dünya xəbərləri Materials 28 Yanvar 2022 22:35
Moskva polisi Rusiya Erməniləri İttifaqının binasına daxil olub - faşist Njde haqqında filmin nümayişi dayandırılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Moskva polisi erməni lobbisinin təxribatçılarının faşist və hitlerçi Qaregin Njde haqqında filmin nümayişini təşkil etməyə cəhd etdikləri Rusiya Erməniləri İttifaqının binasına daxil olub.

Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə səlahiyyətli mənbə bildirib və onun sözlərinə görə, filmin nümayişi dayandırılıb.

Məlumata əsasən, polis nümayəndələri 354.1-ci (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və oraya toplanan insanları dağıdıblar.

Qeyd edilir ki, Rusiya Erməniləri İttifaqı nasizmin reabilitasiyasına görə hüquqi məsuliyyətə cəlb oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti