...

Almaniya "Şimal axını 2" boru kəmərinin sertifikasiyasını dayandırmağı qərara alıb

Dünya xəbərləri Materials 22 Fevral 2022 19:57 (UTC +04:00)
Almaniya "Şimal axını 2" boru kəmərinin sertifikasiyasını dayandırmağı qərara alıb

Bakı. Trend:

"Şimal axını 2" boru kəmərinin sertifikasiyası dayandırılacaq və Almaniya Maliyyə Nazirliyinə bununla bağlı müvafiq tapşırıqlar veriləcək.

Trend-in məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, Rusiyanın qondarma "DXR" və "LXR"i tanımasına reaksiya məqsədyönlü və birləşmiş olacaq, Moskvanın addımları isə nəticəsiz qalmayacaq.

O.Şolts Rusiyanın "DXR" və "LXR"i tanıması qərarını "beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulması" adlandırıb.

"Bununla yanaşı, Almaniya "Normandiya formatı"nı vacib hesab edir və Fransa ilə birgə bu formatı istifadə etməkdə davam edəcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti