Bakı. Trend:
Fevralın 25-də səhər saat 4:25-də Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətindəki Primorski Pasad sərhəd bölməsinə raket zərbəsi endirib.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti yayıb.
"Zərbə nəticəsində sərhədçilər arasında həlak olan və yaralılar var", - məlumatda bildirilir.