Bakı. Trend:
ABŞ Şimali Koreyanın yeni raket buraxılışını pisləyir və bununla bağlı müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr aparır.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ SQ-nin Hind-Sakit Okean Komandanlığının yaydığı açıqlamada deyilir.
"Birləşmiş Ştatlar bu raket buraxılışını pisləyir və KXDR-i sabitliyi pozan addımlardan çəkinməyə çağırır", bəyanatda deyilir.
Pentaqon ABŞ-ın Koreya Respublikası və Yaponiya, eləcə də digər regional müttəfiqləri və tərəfdaşları ilə yaxından məsləhətləşdiyini vurğulayıb.