...

İranda ilaxır çərşənbənin qeyd edilməsi zamanı 13 nəfər həlak olub

Dünya xəbərləri Materials 16 Mart 2022 00:29 (UTC +04:00)
İranda ilaxır çərşənbənin qeyd edilməsi zamanı 13 nəfər həlak olub

Bakı. Trend:

İranda ilaxır çərşənbənin qeyd edilməsi zamanı 13 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfər bildirib.

"Bu gecə saat 20:30-a qədər təəssüf ki, 13 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə C.Madfər qeyd edib.

Onun sözlərinə görə, hadisələr nəticəsində 814 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti