...

Rusiyanın cənubunda mülki təyyarələrə uçuş qadağasının müddəti artırılıb

Dünya xəbərləri Materials 24 Mart 2022 09:38 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti aprelin 1-dək uzadılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərinə şamil olunur.

Qapalı hava məkanlarının əvəzinə sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə olunub.

Xatırladaq ki, Rusiya Ukraynada keçirilən hərbi əməliyyatlarla əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi.

Mövcud qadağanın müddəti martın 26-da bitməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti