...

Livan sahillərində göyərtəsində 60 nəfərin olduğu gəmi batıb

Dünya xəbərləri Materials 24 Aprel 2022 01:12 (UTC +04:00)
Livan sahillərində göyərtəsində 60 nəfərin olduğu gəmi batıb

Bakı. Trend:

Livanın Tripoli limanı yaxınlığında göyərtəsində 60 nəfərin olduğu gəmi batıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsi məlumat yayıb.

Təşkilatın "Twitter"-də yaydığı məlumata görə, limana 10 təcilli tibbi yardım avtomobili göndərilib.

Yerli KİV bildirir ki, sərnişinlərin əksəriyyəti xilas edilib, qalanların təxliyyəsi istiqamətində işlər aparılır.

Ölənlər barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti