...

Parisdə yanğın təhlükəsinə görə "Bluebus" elektrik avtobusları geri çağırılıb

Dünya xəbərləri Materials 30 Aprel 2022 08:48 (UTC +04:00)
Parisdə yanğın təhlükəsinə görə "Bluebus" elektrik avtobusları geri çağırılıb

Bakı. Trend:

Paris Nəqliyyatının Muxtar İdarəsi (RATP) iki batareya yanğınından sonra bütün "Bollore Bluebus 5SE" markalı elektrik avtobuslarını müvəqqəti olaraq marşrutlardan çıxarır.

Trend-in məlumatına görə, bu barədə "France Info" radiostansiyası bildirib.

Sonuncu epizod ötən gün Parisin XIII dairəsində bu modelin avtobuslarından birinin alovlanması zamanı baş verib. Sürücü sürətlə sərnişinləri təxliyə edə bilib, hadisə nəticəsində xəsarət alan olmayıb. İlk yanğın aprelin 4-də Fransa paytaxtının V dairəsində Sen-Jermen bulvarında baş verib, həmin hadisədə də xəsarət alan olmayıb.

"Bir neçə həftə ərzində eyni seriyalı avtobuslarda baş verən bu iki yanğından sonra dərhal onları istismardan çıxarmaq qərarına gəldik", - deyə RATP-ın Avtobusların Texniki Baxış üzrə Direktoru Nikolya Kratye bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti