...

Yeni Zelandiyanın baş naziri gələn həftə Baydenlə görüşəcək

Dünya xəbərləri Materials 27 May 2022 07:28 (UTC +04:00)

Bakı. Trend:

Yeni Zelandiyanın baş naziri Casinda Ardern mayın 31-də Ağ Evdə bir sıra görüşlərinin, o cümlədən regional və qlobal məsələləri müzakirə etmək üçün ABŞ prezidenti Co Baydenlə görüşünün olacağını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə baş nazir ABŞ-ın Harvard Universitetində çıxışı zamanı deyib.

"İndi mən təsdiq edə bilərəm ki... çərşənbə axşamı mənim ABŞ prezidenti ilə görüşüm olacaq. Həmin gün mən ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşəcəyəm", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı Ukraynadakı vəziyyət və ABŞ-la ticarət müzakirə ediləcək. C.Ardern vitse-prezidentlə görüşdə kosmik sektorda əməkdaşlığı müzakirə etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti