Bakı. Trend:
Fransa polisi Parisdə UEFA Çempionlar Liqasının finalında "Real Madrid" ilə "Liverpul" klubları arasında oyunu zamanı 68 nəfəri saxlayıb.
Trend-in məlumatına görə, bu barədə "BFM TV" telekanalı xəbər verib.
Məlumata əsasən, həmin şəxslər “Stad de Frans” stadionunun yaxınlığında, eləcə də hər iki fan zonada saxlanılıb. Qarşıdurma zamanı 200-dən çox insan yüngül xəsarət alıb, onlara yerindəcə tibbi yardım göstərilib.
Xəbər verildiyi kimi, iğtişaşlar matç başlamazdan əvvəl başlayıb və bu səbəbdən oyun 37 dəqiqə gec başlayıb.