...

Aİ Suriyaya qarşı sanksiyaların vaxtını uzadıb

Dünya xəbərləri Materials 1 İyun 2022 00:29 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı Şurası Suriyaya qarşı məhdudlaşdırıcı tədbirlərin daha bir il, 2023-cü il iyunun 1-dək uzadıldığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının kommünikesində deyilir.

Kommünikedə bildirilir ki, 3 nəfər sanksiya siyahısından çıxarılıb. Siyahıya indi aktivləri dondurulan və Aİ-yə səyahət qadağası qoyulan 289 fiziki şəxs, habelə aktivləri dondurulan 70 təşkilat daxildir.

Eyni zamanda, vurğulanır ki, "Suriyaya qarşı sanksiyaların humanitar yardımın çatdırılmasına mane olmamağı da nəzərdə tutulub". Buna görə də, "ərzaq, dərman və ya tibbi avadanlıqların çatdırılması Aİ sanksiyalarına məruz qalmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti