Bakı. Trend:
ABŞ-ın vitse-prezidenti Kamala Harris 2024-cü ildə keçiriləcək seçkilərdə Prezident Co Baydenlə birgə ikinci müddətə seçilmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə K.Harris jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Prezident (Co Bayden - red.) namizədliyini irəli sürmək niyyətindədir və o, namizədliyini irəli sürərsə, mən də namizədliyimi irəli sürəcəm. Biz birlikdə namizədliyimizi irəli sürəcəyik", - deyə K.Harrisin Ağ Evin mətbuat xidmətinə açıqlamasında deyilir.